Ağacəkmə aksiyası davam edir...

09 Oktyabr 2018 17:53

Şəkidə ağacəkmə aksiyası keçirilib. Aksiyada Şəki ŞRP şöbəsinin, Şəki Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şəki rayon şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şəhər şöbəsinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. Aksiya zamanı yeni inşa olunan Heydər Əliyev mərkəzinin yaxınlığındakı əraziyə hər qurum ayrı- ayırılıqda 100 ədəd şam ağacı əkib. Ağaclara aqrotexniki qulluq göstərilib. Su maşınlarının vasitəsi ilə suvarılıb. Aksiyada qurumlarla yanaşı, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri də yaxından iştirak edib.