Ədliyyə orqanlarının 100 iliyi münasibətilə açıq dərs keçirildi...

09 Oktyabr 2018 17:39
Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbdə də Ədliyyə orqanlarının 100 illiyi münasibətilə açıq dərs keçirilib. Dərsdə şagirdlərə Azərbaycan Ədliyyəsinin keçdiyi tarixi inkişaf yolundan bəhs olunub. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə təsis olunan Azərbaycan ədliyyəsinin həmin dövrdəki mühüm xidmətləri sadalanıb. Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirib. Qeyd olunub ki, nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilib. Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyi çoxşaxəli fəaliyyət istiqamətləri üzrə mühüm funksiyalar həyata keçirir.