Şəki qəza, 3 nəfər xəsarət aldı...

09 Oktyabr 2018 17:29

Şəkidə də yol qəzası baş verib. Hadisə Qaraməryəm İsmayıllı Şəki magistral yolunun 109-cu km-də meydana gəlib. Oğuz istiqamətində hərəkətdə olan 10 UG 914 dövlət nömrə nişanlı Mercedes markalı Aşağı Küngüt kənd mikroavtobusuna eyni istiqamətdə hərəkət edən 10 RN 682 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobil arxadan dəyib. Qəza zamanı xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. VAZ 2106-nın sürücüsü 23 yaşlı Pərvin Kərimov və avtomobildə olan sərnişin 20 yaşlı Jalə Kərimova yüngül bədən xəsarətləri alıb. Onlara dərhal ilkin tibbi yardım göstərilib. Mikroavtobusda olan və epilepsiya xəstəliyindən əziyyət çəkən 49 yaşlı Ramidə Məmmədova isə toqquşma nəticəsində şoka düşüb. Ramidə Məmmədovaya ilkin tibbi yardım göstərildikdən sonra Şəki RMX-ya çatdırılıb. Qəza nəticəsində VAZ 2106 markalı avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.