Ağır yol qəzasında iki gənc dünyasını dəyişdi...

09 Oktyabr 2018 17:27

Qəbələdə iki gəncin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Həmzəli kəndində "VAZ" markalı minik avtomobili körpüdən aşıb. Hadisə yerinə cəlb olunan FHN Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü- 31 yaşlı Əzimov Qulu Əhməd oğlunun və sərnişin- 23 yaşlı İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.