Ədliyyə orqanlarının 100 illiyi ilə əlaqədar olaraq Balakəndə açıq dərslər keçirildi...

09 Oktyabr 2018 17:04

Azərbaycan Xalq Cumhuriyyətinin və Ədliyyə orqanlarının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq Ədliyyə nazirliyinin Balakən rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən orta təhsil müəssisələrində açıq dərslər təşkil edilir. Balakən rayon 2 saylı Nəsimi adına məktəbdə təşkil edilən açıq dərs zamanı Ədliyyə Nazirliyinin yaranması, dünəni və bu günü haqqında şagirdlərə geniş məlumat verilib. Diskussiya şəklində keçən dərs çərçivəsində şagirdlərin sualları da Ədliyyə işçiləri tərəfindən cavablandırılıb.