Zaqatalada sahibkarlar birgə biznes fəaliyyəti üçün toplaşdılar...

08 Oktyabr 2018 17:12

Təhlükəli yollardır. Bu yoldan istifadə edən sürücü və piyadalar, ehtiyatlı olaq! Davam edirik. Sahibkarlar arasında “Birgə biznes modeli”nin qurulması, ortaq biznesin yaradılması aktual məsələlərdəndir. Bu fikir İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Zaqatalada sahibkarlarla keçirdiyi seminarda səsləndirilib. Seminar “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşıb. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonda fəaliyyət göstərən fındıqçılıq, arıçılıq, meyvəçilik təsərrüfatlarının rəhbərləri, yerli sahibkarlar, bələdiyyə qurumlarının nümayəndələri iştirak ediblər. Seminarın keçirilməsində əsas məqsədsə, 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə sahibkarlığın inkişafı ilə bağlı məsələlərə dəstək göstərməkdən, regionlarda yaşayan sahibkarları bu mövzularla bağlı maarifləndirməkdən ibarətdir. Tədbirdə ictimai birliyin sədri Ruslan Atakişiyev və ekspert Radil Fətullayev iştirakçılara “Birgə biznes modeli”nin üstünlükləri və formaları, “Birgə fəaliyyət”in qanunvericilikdəki əsası, sənədləşdirilməsi, uçotu və hesabatı barədə ətraflı məlumat veriblər. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.