Sürüşmə sahələri aktivləşib...

08 Oktyabr 2018 16:13
Şamaxının Mədrəsə kəndində torpaq sürüşməsi səngimək bilimir.Kəndin sürüşməyə meyilli ərazilərdə son günlər aktivliy qeydə alınıb.Sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 13 ə çatıb.
Son günlər yağan güclü leysan yağışları səbəbindən Şamaxının Mədrəsə kəndində torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə dahada artaraq evlərə ciddi ziyan vurur. Hazırda bir neçə evin divar və tavanında yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanların yaranmasına səbəb olub. Torpaq sürüşməsi nəticəsində sakinlərə məxsus meyvə ağacları, əkin və örüş sahələri də yararsız hala düşüb. Kənd icra nümayəndəliyindən verilən məlumata görə, Mədrəsə kəndi ərazisində torpaq sürüşməsi səbəbindən bu günə qədər on evin qəzalı olması qeydə alınıb. Son günlər yağan yağışlar səbəbindən bu say 13-ə çatıb.Eyni zamanda kənddə yenidən 7 hektar əkin sahəsi də sürüşərək yararsız hala düşüb.Qəzalı evlərlə bağlı müvafiq qurumlara məlumat verilib. Xatırladaq ki, torpaq sürüşməsi səbəbindən Şamaxıda 400 dən çox ev qəzalı vəziyyətdədir. Əsasən sürüşmələr rayonun Cabanlı-Dədəgünəş-Keçmədin-Mədrəsə-Muğanlı-Sağyan-Meysəri kəndlərində baş verir.