Ərəblərin qaldığı ev yandı, ölən və yaralananlar var...

08 Oktyabr 2018 12:27

Qəbələ rayonunda ərəb turistlərin kirayə qaldığı evdə yanğın olub. Ölən və yaralananlar var. Hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib. Yanğın zamanı bir nəfər ölüb, altı nəfər yaralanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb. Yanğın nəticəsində Kuveyt vətəndaşı, 23 yaşlı Arbua Adnan Al-Hamidi yanaraq ölüb. Evdə olan digər Küveyt vətəndaşları - 25 yaşlı Əhmad Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Mudar Əl-Dehni, 58 yaşlı Raba Muhammed Əl-Rovaşda, 60 yaşlı Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.