Evində narkotik vasitə gizlədən şəxs saxlanıldı...

06 Oktyabr 2018 16:47

İsmayıllıda evində narkotik vasitə gizlədən şəxs tutulub. İsmayıllı rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonunun Göytəpə kəndində anadan olan 42 yaşlı, Pərviz Xalıqverdiyevin üzərinə və yaşadığı evə baxış keçirilib. Baxış zamanı təmiz çəkisi 513.84 qram qurudulmuş marixuana, bundan başqa yaşadığı evdən 2 ədəd sellofan torbada ümumi sayı 21 ədəd, çəkisi 92,85 qram narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar edilərək maddi sübut kimi götürülüb. Xalıqverdiyev Pərviz Abdulxalıq oğlu barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.