Zaqatala-Balakən-Mazımçay magistralında işlər davam edir...

06 Oktyabr 2018 16:11
Zaqatalada respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi ilə bağlı mühüm işlər görülür. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ötən il tikintisinə start verilən Zaqatala –Balakən-Mazımçay avtomobil yolunda 2017-ci ilin avqust ayından başlayan işlər davam edir. Zaqatala –Balakən-Mazımçay avtomabil yolununda işlər tam gücü ilə davam edir. 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun uzunluğu 34 km dir. Layihə çərçivəsində aparılan işlərin 80-90 faizi artıq yekunlaşıb. Hazırda ərazidə asfalt örtüyü salınır. Yol infrastrukturunun yenilənməsi yönündə aparılan işlər sakinlərin də ürəyincədir. Həmin yolun üzərində 4 ədəd körpünün ikintisi də nəzərdə tutulub ki, onlardan 3-ü artıq tikilərək əhalinin istifadəsinə verilib. Hazırda Mazex çayın üzərində olan və uzunluğu 12, eni 13,5 metr olan körpünün tikintisi davam edir. Zaqatalada təkcə magistral yollar deyil, ara küçələrdə də 50 000 kmv hissədəə asfaltlanma işləri aparılır , yol infrastrukturu yenidən qurulur. Layihə çərçivəsində yolda 15 ədəd dayanacaq tikiləcək. İlin sonunadək işlərin yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.