Şəkidə bıçaqlanma hadisəsi baş verib...

06 Oktyabr 2018 11:02

Şəki şəhəri , H.Aslanov küçəsi, ev 3 ünvanında yaşayan, 62 yaşlı İsmayılov Əkrəm Ağaməmməd oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən dərhal əməliyyata götürülüb. Hal hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Əkrəm İsmayılovun mübahisə zəmnində öz qohumu tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.