İcra başçısı sakinlərlə görüşdü...

05 Oktyabr 2018 17:37

Şəki şəhər icra hakimiyyəti başçısı Baş Kəldək kənd sakinləri ilə görüşüb. Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Elxan Usubov kənd təsərrüfatı sahəsində görülən işlərə də toxunub. Aqropark və yeni salınmış 3 min hektara yaxın fındıq bağları barəsdə sakinlərə məlumat verib. Fındıq bağı salmaq istəyən sakinlərdən onlara müraciət etmələrini xahiş edən icra başçısı sənədləşmənin vaxtında aparılması və subsidiyanın verilməsi baxımından bunun əhəmiyyətini qeyd edib. Daha sonra sakinləri narahat edən məsələlər müzakirə edilib. Kənd sakinləri elektrik dirəklərinin köhnə olması, kəndin bəzi hissələrində su problemi yaşandığını, internetin sürətinin olmadığını bildiriblər. Sakinlər kəndin yol problemi ilə bağlı narahatlıqlarını da dilə gətiriblər. İcra başçısı bu problemin yaxın vaxtlarda həll olunacağını və artıq kənd yolunun asfaltlanması üçün iş aparıldığını bildirib. Digər problemlərin qısa zamanda aradan qaldırılması üçün isə aidiyyatı qurumlara tapşırıq verib.