Müəllimlər günü qeyd olundu...

05 Oktyabr 2018 17:29

5 oktyabr Beynəlxalq müəllimlər günü münasibəti ilə Şəki şəhər Təhsil şöbəsində də tədbir keçirilib. Tədbir Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Şəki rayon komitəsi və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Çıxış edənlər müəllim peşəsinin ucalığından, müəllimlərə göstərilən diqqət və qayğıdan söz açıblar. Həmçinin tarixi şəxsiyyətlərin müəllimlər üçün söylədiyi sitatlar da səsləndirilib. Ulu öndər Heydər Əliyevin də müəllimlərə həmişə böyük diqqət və qayğı göstərdiyi qeyd olunub. Həmçinin fəxri adlara layiq görülmüş müəllimlər təbrik edilib. Onlara bundan sonrakı iş həyatlarında daha böyük nəaliyyətlər arzulanıb. Daha sonra rayonun təhsil həyatında fərqlənən müəllimlərə fəxri fərman və hədiyyələr verilib. Müəllimlər də öz növbəsində onlara qarşı göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.