Hüquq-mühafizə orqanları ağacəkmə aksiyasına qoşuldu...

05 Oktyabr 2018 17:22

Şəkidə Polis və Məhkəmə işçiləri 100 illik yubileyləri münasibətilə ağacəkmə aksiyası keçiriblər. Aksiyada Şəki ŞRPŞ-nin rəisi və polis əməkdaşları, həmçinin Apellyasiya, Rayon, İnzibati-iqtisadi və Ağır Cinayətlər məhkəmələrinin hakimləri və aparat işçiləri iştirak ediblər. Aksiya zamanı yeni inşa olunan Heydər Əliyev mərkəzinin yaxınlığındakı əraziyə hər iki qurum da ayrı- ayırılıqda 100 ədəd şam ağacı əkib. Ağaclara aqrotexniki qulluq göstərilərək su maşınları vasitəsi ilə suvarılıb. Aksiyada rayonadministrasiyası və ictimaiyyət nümayəndələri də yaxından iştirak edib. Xatırladaq ki, daha öncə ərazidə prokurorluq işçiləri tərəfindən 100 ədəd şam ağacı əkilmişdi. Artıq aksiya çərçivəsində həmin əraziyə əkilən ağacların sayı 300-ə çatıb. Ərazidə yaşıllaşdırma işləridavam edəcək.