5 oktyabr Beynəlxalq müəllimlər günü İsmayıllı rayonunda qeyd olunub...

05 Oktyabr 2018 16:42

Tədbir iştirakçıları öncə Ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər. Ardınca keçirilən tədbirdə İsmayıllıda təhsilin inkişafından, qazanılan uğurlardan bəhs olunub. Ümumilikdə İsmayıllı təhsil sistemində 1556 nəfər müəllim çalışdığı, onların 14 nəfərinin əməkdar müəllim fəxri adına, 11 nəfərinin “Tərəqqi” medalına layiq görüldüyü diqqətə çatdırıb. Sonda İsmayıllıda təhsilin inkişafında rolu olan bir qrup müəllim fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.