İsmayıllı rayonunda ferma yanıb...

05 Oktyabr 2018 15:02

İsmayıllı-Qəbələ yolunun 7-ci kilometrliyinin yol kənərında istifadəsiz köhnə tikili olan fermada yanğın olub. Həsənov Ziyaya məxsus fermanın 1600 kvadratmetrinin 200 kvadratmetri, çardaq hisəsi yanıb. Binanın içərisində təxminən 750 kiloya yaxın 50 bağlama ot yanaraq külə dönüb. Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən maşını və 10 nəfərdən ibarət şəxsi heyyəti cəlb olunub. Yanğın zamanı fermanın 1400 kvadratı və yaxınlıqda olan tikililər xilas edilib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.