Zaqatalada 6 yaşlı uşaq xəsarət aldı...

05 Oktyabr 2018 14:46

Zaqatalada 6 yaşlı uşağın ağır xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin məlumatına görə, ehtimal olunur ki, Çobankol kənd sakini, 2012-ci il təvəllüdlü Amin Kərimov Yuxarı Çardaqlar kəndi istiqamətində hərəkətdə olan “Qaz 69” markalı avtomobilin onu vurmasından ehtiyatlanaraq qaçıb yolu keçmək istəyərkən ayağı ilişərək yıxılıb, başı yol kənarındakı daşa dəyib. 6 yaşlı Amin Kərimov ağır vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. MRX-dan bildirilib ki, travmatikşok vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.