Şagird çox, sinif az... Bu tədrisin keyfiyyətinə necə təsir edir?

04 Oktyabr 2018 17:25
Yeni tədris ilinin başlanması ilə valideynlərin narazılıqları da başlayıb. Söhbət müəllimlərin savadından və ya məktəbin yaxşı təhsil verə bilməməsindən getmir. Məsələ orasındadır ki, şagird sayı çoxdur, sinif isə az.. Nəticədə bu dərsin keyfiyyətində özünü göstərir... Əslində siniflərin bölünməsi daha münasib olardı. Elə müəllimlər üçün də... Müəllimlərin dərs saatı daha çox olardı, ya da vakant yerlər yaranardı, işsiz müəllimlər üçün şans olardı.
Orta məktəblərdə yaşanan şagird sıxlığı valideynlərin narazılığına səbəb olur. Belə ki, valideynlər bir sinifdə uşaq çox olduqda təhsilin keyfiyyətinin aşağı düşdüyünü, müəllim tərəfindən hər uşağa ayrılan diqqətin azaldığını iddia edirlər. Şəkinin Zunut kənd məktəbində övladları təhsil alan valideynlər də eyni düşüncədədir. Analoji problem Zaqatalanın məktəblərində də yaşanır. Əksər məktəblərdə xüsusilə də ibtidai siniflərdə şagird sayı 30-u ötür. Qaldırılan iddia ilə bağlı müəllimlər isə razılaşmır. Ekspertin sözlərinə görə isə, şagird sıxlığı bu gün ölkə məktəblərində önəmli problemə çevrilib. Problemin aradan qaldırılması yollarına gəldikdə isə... Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində hər sinifdə şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Ancaq eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.