Yol polisi maariflənməni davam etdirir...

04 Oktyabr 2018 17:01

Uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və təhsil müəssisələrdə şagirdlərə yol hərəkəti qaydalarının aşılanması məqsədilə DYP-nin keçirdiyi tədbirlər davam etdirilir. Növbəti belə görüş Şəki şəhərində yerləşən Regional kollecdə baş tutub. Tədbir zamanı kollecin tələbələri maarifləndirilib, onlara əməl etməli olduqları yol hərəkəti qaydaları izah olunub. Görüş diskussiya şəraitində davam edib. Tələbələr də onları maraqlandıran sualları DYP əməkdaşına ünvanlayıblar.