Avtomobillər toqquşdu...

03 Oktyabr 2018 15:47

Daha bir qəza bu gün saat 10:30 radələrində Şəki-Qax yolunun Şəkinin Köndələn kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəkinin Baş Laysqı kənd sakini Elnur Səlimov 99 MS 682 dövlət nömrə nişanlı Vaz 21 07 markalı avtomobili ilə Qax istiqamətində hərəkət edərkən kənd yolundan çıxan Şəkinin Aşağı Göynük kənd sakini Tehran Hümmətovun idarə etdiyi 55 BO 041 dövlət nömrə nişanlı Vaz 21 06 markalı avtomobillə toqquşub. Qəza nəticəsində Vaz 21 06-nın sürücüsü Tehran Hümmətov xəsarət alıb və dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Qəzaya ilkin səbəb kimi Vaz 21 06-nın sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.