Sürücü idarəetməni itirdi, yük maşını aşdı...

03 Oktyabr 2018 14:39
Qaxda içi şiferlə dolu yük maşını yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən qəza iki nəfərin yüngül xəsarət alması ilə nəticələnib.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiralının 87-ci kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini Bəxtiyar Balayev idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını yolun kənarına aşıb. Qəzadan sonra sürücü yüngül xəsarət alsa da, onun sərnişini Zaqatala şəhər sakini 39 yaşlı Rəşadət Məmmədova aldığı xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.