Əhalinin sınaq siyahıyaalınması davam edir...

02 Oktyabr 2018 17:26

Qəbələdə dünəndən start götürən əhalinin sınaq siyahıyaalınması prosesi davam edir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, siyahıyaalma start götürdüyü andan indiyədək 2500 təsərrüfat üzrə 10 minə yaxın əhali artıq sayılıb. Sınaq siyahıyaalınmaya hazırlıq, onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədilə Qəbələ Rayon İcra Hakimiyyətində yaradılan əhalinin siyahıyaalınmasına yardım komissiyası gücləndirilmış iş rejimində fəaliyyət göstərir. Rayon üzrə 8 siyahıyaalma, 70 təlimatçı və 359 sayıcı məntəqəsi yaradılıb. 445 nəfərlə mülki-hüquqi müqavilələr bağlanıb. Qeyd edək ki, oktyabrın 10-a qədər davam edəcək siyahıyaalınma 2019-cu ildə keçiriləcək respublika siyahıyaalınması üçün hazırlıq xarakteri daşıyır. Dövlət Statistika Komitəsi bir daha Qəbələ sakinlərini əhalinin sınaq sıyahıyaalınmasında fəal iştirak etməyə çağırır.