12 yaşlı məktəbli maraqlı hobbisi ilə diqqət çəkir...

02 Oktyabr 2018 16:21
İndi görəcəyiniz məktəbli maraqlı hobbisi ilə diqqət çəkir. Hazırladığı bir-birindən maraqlı maketlər gələcəkdə onun ixtiraları ilə ad salacağından xəbər verir. Təbii ki, bu istedadını inkişaf etdirərsə...
12 yaşlı Fuad Mustafayev həmyaşıdlardan fərqli olaraq boş vaxtlarını oyunlar oynamaqla yox, müxtəlif vasitələrdən maketlər hazırlamaqla keçirir. Taxta, balaca mühərriklər onun ən yaxın köməkçiləridir. Düzəltdiyi maketlər həm dostlarının, həmdə müəllimlərinin marağına səbəb olub. Bu səbəblə ona fəxri fərman da verilib. Valideynləri Fuadın bu marağının inkişaf etdirilməsini istəyirlər. Bunun üçün isə ona dəstək olmağa ehtiyac var. Fuadın yeganə arzusu gələcəkdə mühəndis olmaq və daha böyük ixtiralar etməklə cəmiyyətə yararlı olmaqdır.