Elxan Usubov İbrahimkənd sakinləri ilə görüşüb...

01 Oktyabr 2018 18:00

Şəki şəhər icra hakimiyyəti başçısı Elxan Usubov İbrahimkənd sakinləri ilə görüşüb. Elxan Usubov Şəkidə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinləri daha çox narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Kənd sakinləri elektrik dirəklərinin sıradan çıxması, həmçinin illərdir davam edən içməli su və əkin sahələrinin suvarılması ilə bağlı yaşadıqları çətinliklərə diqqət çəkiblər. Poçt xidmətinin olmaması və əhaliyə xidmət edən tibb məntəqəsinin yararsız olması vurğulanıb. Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib, problemlərin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verib.