1 oktyabr həmçinin "Ahıllar Günü"dür.

01 Oktyabr 2018 17:50

Hər il olduğu kimi bu il də İsmayıllı rayonunda "Ahıllar Günü" qeyd edilib. İsmayıllı rayon icra Hakimiyyətinin başcısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə rayon icra hakimiyyətinin rəsmiləri ahıl insanlara elə evlərində baş çəkib, onların səhhətləri ilə maraqlanıb, ərzaq bağlamaları təqdim ediblər. Həmçinin ahılların problemləri ilə maraqlanılıb, həll edilməsi üçün diqqətə alınıb. Ahıllar son illərdə rayonda görülən işlərə və bu xeyirxah missiyaya görə ölkə rəhbərliyinə və rayon icra başçısına təşəkkür ediblər. Qeyd edək ki, BMT-nin baş Məclisi 1992-ci ilda ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnaməyə uyğun olaraq hər il oktyabrın 1 -i bütün dünyada beynəlxalq Ahıllar günü qeyd olunur.