İsmayıllıda prokurorluq işçiləri peşə bayramlarını qeyd edir...

01 Oktyabr 2018 17:38

Bu gün prokurorluq orqan əməkdaşları peşə bayramlarını qeyd edirlər. İsmayıllıda RİH başçısı bir qrup prokurorluq işçiləri ilə görüş keçirib. Görüşdən öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub,gül dəstələri qoyulub. Daha sonra keçirilən tədbirdə öncə RİH başçısı Mirdamət Sadıqov Baş prokuror Zakir Qaralovun əmri əsasında İsmayıllı Rayonuna yeni təyin olunan prokuror Tural Yusifovu təbrik edib, ona işlərində uğurlar arzulayıb. Azərbaycan Prokuroruluğunun keçdiyi 100 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan bəhs edilib. Yeni prokurorsa öz çıxışında İsmayıllıda ictimai-siyasi sabitliyin qorunmasında , cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində fəal iştirak edəcəyini vurğulayıb. Sonra Mirdamət Sadıqov 2 nəfər prokurorluq əməkdaşına Tərifnamələr təqdim edib.