Şəkidə prokurorluq işçiləri peşə bayramlarını qeyd edir...

01 Oktyabr 2018 17:25

Bəli, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında, cinayətkarlıqla mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunmasında onların rolu əvəzsizdir. 100 illik yubileylərini qeyd edən prokurorluq işçiləri müddət ərzində çətin, amma şərəfli bir yol keçiblər. Şəkidə prokurorluq işçiləri peşə bayramlarına ümumilli lider Heydər Əliyevin Şəki şəhər icra hakimiyyəti önündə yerləşən abidəsini ziyarətlə başlayıblar. Şəhər administrasiyası, prokurorluq işçiləri, hüquq-mühafizə orqan əməkdaşları Ulu öndərin xatirəsini yad edib, abidəsi önünə gül çiçəklər düzüblər.