Qəbələ ötən ilki göstəriciləri iki dəfə üstələdi...

01 Oktyabr 2018 17:15
Yeni turizm mərkəzləri fəaliyyətə başlayır, infrastruktur yenilənir, keyfiyyətli servis xidmətləri göstərilir. Son illər regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr turizm sektorunun inkişafına ciddi təkan verib. Bu da öz növbəsində regionlarda istirahət etmək istəyən turistlərin sayına təsir göstərib. Qəbələdən reportajımız var...
Qəbələ rayonunda istirahət etmək istəyən turistlərin sayı sürətlə artır. Bu il ərzində Qəbələyə gələn qonaqların sayı 350 mini ötüb. Bu rəqəm ötən illə müqayisədə iki dəfə çoxdur. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Turizm obyektləri gün ərzində 3 000-ə yaxın qonağa restoran və otel xidmətlərini, meşə gəzintisini, qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri təklif edir. Yay turizminə yekun vuran Qəbələdə artıq qış turizminə hazırlıqlar başlayıb.