Şəkidə qumla dolu yük maşını evə girib...

01 Oktyabr 2018 12:42
Şəkidə qumla dolu yük maşını evə girib. Hadisə faciə ilə nəticələnə bilərdi. Ancaq hadisədən bir neçə dəqiqə öncə ev sakinlərinin evi tərk etməsi faciəni önləyib.
Hadisə rayonun Böyük Dəhnə kəndində baş verib. Bərdə rayon Qaradağlı kənd sakini , 33 yaşlı Alışov Niyaməddin Ziyəddin oğlunun idarə etdiyi 99 MN 196 dövlət nömrə nişanlı “Şaqman” markalı yük avtomobili idarəetməni itirərək yolun kənarında yerləşən Mustafayev Allahverdiyə məxsus yaşayış evinə girib. Sükanın idarəetməsini itirən sürücü özünü avtomobildən çölə atıb. Xoşbəxtlikdən hadisədən bir neçə dəqiqə öncə ev sakinlərinin evi tərk etmələri, hadisənin faciə ilə nəticələnməsinin qarşısını alıb. Ancaq evə ciddi ziyan dəyib. Özünü avtomobildən çölə atan sürücü Alışov Niyaməddin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıb. Ona aşağı ətrafların qapalı travması diaqnozu qoyulub, müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.