Prokurorluq işçiləri peşə bayramlarını qeyd edir...

29 2018 16:40
Qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında, cinayətkarlıqla mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunmasında onların rolu əvəzsizdir. 100 illik yubileylərini qeyd edən prokurorluq işçiləri müddət ərzində çətin, amma şərəfli bir yol keçiblər. Şəkidə də prokurorluq işçilərinin yubiley tədbirlərində bu şərəfli yoldan danışılıb.
Şəkidə Prokurorluq işçiləri 100 illik yubileylərini qeyd ediblər. Səhər saatlarından start götürən tədbirlər ilk olaraq ağacəkmə kampaniyası ilə başlayıb. Ağac əkmə kampaniyasına prokurorluq işçiləri ilə yanaşı şərər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər ictimaiyyəti qatılıb. Yeni inşa edilən Heydər Əliyev mərkəzi və Bayraq Meydanı qarşısına 100 ədəd şam ağacı əkilib. Daha sonra keçirilən tədbirdə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılmış və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat veriblər. Müstəqilliyi yenidən qazandıqdan sonra qazanılmış uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri qeyd olunub. Dövlət proqramlarının icrası nəticəsində prokurorluq orqanlarında bütün istiqamətlər üzrə işin səmərəliliyinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirildiyini diqqətə çatdırılıb. Daha sonra Şəki Rayon Prokrorluğunun işində fərqlənən əməkdaşları mükafatlandırılıb. Tədbir incəsənət ustalarının çıxışları ilə davam edib.