Şamaxıda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş yarışı keçirilir...

29 2018 16:00

Şamaxı rayon Olimpiya idman kompleksində 4-cü açıq respublika turnirinin sərbəst güləş üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş yarışı keçirilir. Yarışda 292 idmançı iştirak edir. Onlardan 61-i əcnəbi idmançılar, 231 isə yerli idmançılardır. Turnir 2 gün davam edəcək. 1,2,3-cü yerləri tutan idmançılara diplom, medal, kubok və pul mükafatı veriləcək. Turnirə sabah yekun vurulacaq.