Məktəblilər təhlükənin bir addımlığında...

28 2018 17:24
Şəki-Qax magistral yolu üzərində yerləşən məktəblərin şagirdləri real təhlükə ilə üz-üzədir. Səbəb kəndlə məktəb arasından keçən magistral yoldur.
Köndələn, Aşağı Göynük , Aşağı Laysqı kəndlərinin orta məktəbləri Şəki-Qax magistral yolunun üzərində yerləşir. Hər gün minlərlə şagird bu yolu keçərək məktəbə gedir. Yolun üzərində yaxınlıqda məktəb olduğunu göstərən heç bir nişan, piyada keçidi yoxdur. Dövlət Yol Polisi yol patrul xidmətinin əməkdaşlarının mütəmmadi olaraq məktəblərin yerləşdiyi ərazilərdə xidmət apardıqlarını desə də, bəzən sürücülərin sürət həddini gözləməməsi, bəzən də azyaşlıların yolu qarşıdan qarşıya keçən zaman diqqətli olmaması təhlükəni bir neçə dəfə artırır. Müəllimlər şagirdləri yolu qarşıdan qarşıya keçmək barədə təlimatlandırsalar da, həmçinin polis əməkdaşları vaxtaşırı olaraq ərazidə xidmət aparsalar da, real təhlükə azalmır.