Şəkidə fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanıldı...

28 2018 16:20
“İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili”… Çox vacib bir məsələdir. Elə bu vaciblik nəzərə alınaraq Şəkidə kompleks mülki müdafiə təlimi keçirilib. Məqsəd fövqəladə hallar zamanı vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarətdir. Praktiki təlimlər zamanı yaşananları isə növbəti sujetimizdə təqdim edəcəyik.
Görüntülər hər hansı hadisədən yox , fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması ilə bağlı keçirilən təlimdəndir. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, insanların çadır şəhərciyində yerləşdirilməsi və digər tədbirləri yerinə yetiriblər. Kompleks təlimə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 246 nəfər şəxsi heyəti və 57 ədəd texnikası, Orta Zəyzid kəndinin 167 nəfər sakini və Fövqəladə Hallar Nazirliyinin 87 nəfər şəxsi heyəti və 12 ədəd texnikası cəlb edilib.