Keçmiş məhkumun evində narkotik aşkarlandı...

28 2018 11:36

Balakən Polisi rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat zamanı rayonun Mahamalar kənd sakini, 20 yaşlı Zaur Məmmədovun yaşadığı evdə onun qanunsuz olaraq saxladığı üç ədəd polietilen torbada ümumi çəkisi 1 kq 750 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırma zamanı Zaur Məmmədovun həmin narkotik vasitəni rayonun Tülü kəndi ərazisində, çöllük sahənin kənarında kultivasiya üsulu ilə əkib-beçərdiyi, hündürlüyü 3 metrə yaxın 4 ədəd çətənə bitkisindən topladığı məlum olub. Tədbir nəticəsində 4 ədəd çətənə bitkisi ərazidən götürülərək, qurudulmuş marixuana ilə birlikdə maddi sübut kimi istintaqa təhvil verilib. Zaur Məmmədov əvəllər də narkotik bitkilərin qanunsuz kultivasiyasına görə məhkum edilib. Faktla bağlı araşdırma aparılır.