Şəkidə avtobus yanaraq külə döndü...

27 2018 18:03

Şəkidə bu gün saat 16:00 radələrində yanğın olub. Hadisə rayonun Salman Mümtaz küçəsində qeydə alınıb. Yol kənarında saxlanılan, istifadəyə yararsız avtobus yanaraq külə dönüb. Hadisə yerinə FHN-nin Şəki Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb