Qəbələyə yağan güclü yağış və dolu fəsadlar törətdi...

27 2018 16:59

Qəbələdə ötən gün axşam saatlarından başlayaraq yağan güclü yağış və dolu kənd təsərrüfatına və meyvə ağaclarına ziyan vurub. Əsasən, rayonun Nohurqışlaq, Tüntül və Yengicə kəndlərində müşahidə olunan dolu 8- 10 sm qalınlığında olub. Tüntül kəndində bir neçə kənddaxili körpünü su yuyub. Rayona dəymiş ziyan hesablanır.