Yağıntılar Şamaxıda sürüşmə sahələrini aktivləşdirib...

27 2018 15:49
Sürüşmə nəticəsində 4 yaşayış evinin divarlarında iri çatlar əmələ gəlib, 1 ev isə yararsız vəziyyətə düşüb. Yağışlı havada evində qala bilməyən sakinlər çətinliklər üzləşib.
Şamaxının Aşıq Məmmədağa küçəsində bu ilin əvvəlindən başlayan sürüşmə yağıntılardan sonra daha da aktivləşib. Ərazidə iri yarğanlar yaranıb, evlərdə çatlar getdikcə böyüyür. FHN əməkdaşları qəzalı vəziyyətə düşən evə baxış keçiriblər. Ev yaşayış üçün təhlükəli olduğuna görə ailəni müvəqqəti olaraq çadırda yerləşdiriblər. Amma yağışlı havada çadırda da çətinliklərlə üzləşirlər. Qeyd edək ki, sürüşməyə məruz qalan Aşıq Məmmədağa küçəsinin sakinlərindən biri qəzalı vəziyyətə düşən evini artıq tərk edərək başqa əraziyə köçüb.