Qədim nağara növlərinə maraq varmı?

26 2018 16:13

Ölkəmizdə turizmin inkişafı üçün imkanlar çox genişdir. Bu imkanlardan yetərincə və düzgün istifadə edərək turizmin daha da inkişafı üçün çox işlər görmək mümkündür. Bu istiqamətdə addımlar da atılır. Əsas odur sahib olduqlarımızı qoruyaq... Qorumalı olduğumuz yalnız yaşadığımız mühit, ətraf aləm deyil, sahib çıxmalı olduğumuz həm də milli mənəvi dəyərlərimizdir. Musiqimiz, mədəniyyətimiz, adət-ənələrimiz… Milli musiqi çalğı alətlərimizdən olan nağaradan danışmaq istərdik. Zərb alətlərinin kökləri qədimlərə gedib çıxır. Qobustan qayaüstü təsvirləri, qaval daşı ölkəmizdə zərb alətlərinin həmin o tarixi köklərindən xəbər verir. Ritm festivallarına ev sahibliyi edən Şəkidə bu gün nağaraya maraq nə dərəcədədir? Nağara ilk zərb alətlərindən biridir. Sözün ərəbcə mənası “vurmaq” deməkdir. Nağaralar arasında ən çox yayılanı qoltuq nağara və qoşa nağara hesab edilir. Əvvəllər nağara qurd dərisindən hazırlanırdısa, indi bu iş nisbətən asanlaşıb. Uzun illərdir ki, nağara ustası kimi fəaliyyət göstərən Ayaz Məcidov bu musiqi alətinin hazırlanmasında müxtəlif növ ağaclardan və dərilərdən istifadə edir. Dərilərin seçilməsi isə heç də asan proses deyil. Şəkidə bu qədim musiqi alətinə maraq digər bölgələrdən daha çoxdur. Bunun nəticəsidir ki, 2 dəfə “Nağara” adı altında ritm festivalı da keçirilib.