Şəkinin girişində avtomobillər toqquşdu...

25 2018 18:51

Şəkidə səhər saatlarında qəza baş verib. Hadisə rayonun giriş hissəsində qeydə alınıb. Şəki rayonu Kiçik Dəhnə kənd sakini Salmanov Məmmədrəhimin idarə etdiyi 55-BJ-304 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil qarşıdan onun yoluna çıxan İbadullayev Nazim Şərif oğlunun idarə etdiyi 90-JV-011 dövlət nömrə nişanlı Ford markalı yük avtomobili ilə toqquşub. Sürücülər və VAZ 2107-də olan sərnişin xoşbəxtlikdən hadisə nəticəsində xəsarət almayıb. Sərnişin hamilə qadın olub. Faktla bağlı araşdırma aparılır.