Şadlıq evinin sanitar qovşağında meyit tapıldı...

25 2018 18:50
Zaqatala rayonunda şadlıq evində ölüm olub. Göyəm kəndi ərazisində fəaliyyət göstərən şadlıq sarayının sanitar qovşağında kişi meyidi aşkar edilib. İlkin araşdırma zamanı cəsədin Abaylı kənd sakini, 61 yaşlı Kamil Kostiyevə məxsus olduğu müəyyənləşib. Həmin şəxs şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Meyidin üzərində zorakılıq əlamətləri aşkarlanmadığından Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.