Bu il Şəkiyə 90 min turist gəlib...

25 2018 18:33
Yayın başa çatması ilə turizm mövsümü də artıq yekunlaşmaqdadır. Hər il olduğu kimi, bu il də ölkəmizin əsas turizm məkanlarından olan Şəki minlərlə turisti qəbul edib.
Bu il Şəki ötən illərdən fərqli olaraq daha çox turist qəbul edib. İl ərzində rayona təqribən 90 min turist gəlib. Şəkinin yerləşdiyi coğrafi mövqe də turist axınına təsir edir. Dağların qoynunda yerləşən, səfalı və əsrarəngiz mənzərəsi olan kəndlərdə yaşıl turizmin getdikcə inkişaf etməsi də bura turistləri cəlb edir. Bununla belə, bəzi tarixi məkanların da turizm marşurtuna salınmasına ehtiyac var. Bu turist potensialının daha da artmasına şərait yaradacaq. Xatırladaq ki, 10 il öncə Şəkiyə il ərzində gələn turistlərin sayı 3 minə yaxın olurdusa, son illər bu rəqəm dəfələrlə artıb. Ekspertlər qış turizmi üçün də uyğun olan rayonda bu sahədə işlərin görülməsinin önəminə diqqət çəkirlər.