Qəbələdə əhalinin sınaq siyahıyaalınması aparılacaq...

25 2018 16:18
Prezidentin müvafiq fərmanı ilə 2019-cu ildə ölkədə əhalinin siyahıyaalınması aparılacaq. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi üçün sınaq siyahıyaalınmanın keçirilməsi nəzərdə tutulub. 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda start götürəcək əhalinin sınaq siyahıyaalınmasına artıq son hazırlıq işləri gedir.
Sınaq siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini təmin etmək məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb. Rayon üzrə ümumilikdə 1 şəhər, 3 qəsəbə, 56 kənd olmaqla 60 inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən məlumatlar doldurularaq Qəbələ Rayon Statistika İdarəsinə təhvil verilib. Əmlak Məsələləri Dövlət Komitəsi isə rayonun sxematik xəritəsi və yaşayış məntəqələrinin sxematik planını təqdim edib. Sıyahıyaalınmada iştirak edəcək 445 nəfərlə mülki-hüquqi müqavilələr bağlanıb. Onlara siyahıyaalmanın məqsəd və vəzifələri, siyahıyaalma sənədlərinin tərtib edilməsi qaydaları ətraflı izah olunub. Hazırda Dövlət Statistika Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyəti rayon əhalisi arasında geniş izahat və maarifləndirmə işləri həyata keçirir,. Dövlət Statistika Komitəsi hər bir Qəbələ sakinini 1-10 oktyabr tarixlərində keçiriləcək əhalinin sınaq sıyahıyaalınmasında fəal iştirak etməyə çağırır.