"Diqqət, uşaqlar!”

25 2018 15:52

Vaxtaşırı məktəblilərin yol qəzasına düşmələri və ağır nəticələri ilə bağlı xəbərlər gündəmə gəlir. Bir çox hallarda bu qəzaların baş verməsində sürücü məsuliyyətsizliyi səbəb olsa da, elə uşaqların yol hərəkəti qaydalarına düzgün riayət etməmələri səbəbindən yaşanan qəzaların sayı da az deyil. Məhz bu səbəbdən digər ərazilər kimi Zaqatalada da Dövlət Dövlət Yol Polisi idarəsinin xüsusi göstərişi ilə məktəblilər arasında maarifləndirmə tədbirləri həyata keçirilir. “Diqqət, uşaqlar!” başlığı altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərin önündə və yaxınlıqda piyada zolaqlarında sürücülər və uşaqlar maarifləndirilir. Sözügedən ərazilərdə hərəkət edən avtomobil sürücülərinə azyaşlıların təhlükəsizliyi üçün sürət həddini aşmamaq tövsiyyə edilir.