İsmayıllı sakini narkotiki evin damında gizlədirmiş...

25 2018 15:15

İsmayıllıda yaşayış evinin damında narkotik vasitə gizlədən şəxs tutulub. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhərində qeydiyyatda olan, eyni zamanda İsmayıllı rayonu Keşqurd kəndində yaşayan Zeynalov Anar Qənimət oğlunun yaşadığı evə baxış keçirilib. Onun evinin damından çəkisi 4 kiloqram 240 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.