Ciu-Citsu Federasiyası Şəkidə seminar keçirib...

24 2018 16:20

Şəkidə Azərbaycan Ciu-Citsu Federasiyası tərəfindən idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və qarşıdakı turnirlərə hazırlıq məqsədilə seminar keçirilib. Seminarda müxtəlif yaş qrupları üzrə idmançılar iştirak edib. İki günlük seminarın sonunda idmançılardan xüsusi komissiya tərəfindən imtahan götürəcələk. İmtahandan keçənlərə Azərbaycan Ciu-Citsu Federasiyası tərəfindən sertifikatlar veriləcək. Qeyd edək ki, 1998-ci ildə yaradılan Federasiyanın idmançıları bir çox beynəlxalq turnirlərdə iştirak edib və mükafatçılar sırasına düşüblər. Federasiyanın Şəki filialı isə 2016-ci ildən fəaliyyət göstərir.