Zaqatalada çoban dağdan yıxılaraq ölüb...

24 2018 16:10

Hadisə bu gün səhər saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində, “Maqatur Quzey” adlanan yüksək dağlıq yaylaqda baş verib. Kənd sakinlərinin dediyinə görə, 33 yaşlı Azər Səfər oğlu Orucov qəfildən dərəyə yıxılaraq ölüb. Azər Orucovun meyitini dərədən çıxarmaq üçün əraziyə rayon hüquq-mühafizə orqan əməkdaşları ilə birgə 20-yə yaxın Dağlı kənd sakini cəlb edilib. Faktla bağlı araşdırma aparılır.