Qadınlar arıçılığa maraq göstərir...

24 2018 15:51

Adətən arıçılıq təsərrüfatı ilə kişilərin məşğul olmasına adət etmişik. Artıq deyəsən bu steriotiplər tamamilə qırılacaq. Respublikada Arıçılar Assosasiyasının dəstəyi ilə ilk dəfə olaraq qadınlardan ibarət arıçılar assosasiyasının yaradılmasına və bu sahəyə qadınları cəlb etməyə yönələn yeni bir layihə həyata keçirilir. “Qadınların işlə təmin olunmasına dəstək” adlı layihə əsasında bundan sonra arıxanalarda kişi sahibkarlarla bərabər, qadınların da sayının artacağı gözlənilir. Arı ailələrinin sayına görə ön sırada olan Zaqatalada da gələcəkdə qadınlara daha çox rast gəlinəcək. Artıq müəyyən təcrübəyə malik qadın arıçılar “Qadınlardan ibarət arıçılq assosasiyası”nın yaradılması layihəsinə qoşulmaq üçün müraciət edib.Fərdi təsərrüfata sahib olan xanımlar əvvəlcə təlimatlandırılacaq,bu sahənin incəlikərinə yiyələnəcəklər.Daha sonra qadınlar öz təcrübələrini də əlavə etməklə təsərrüfatlarını genişləndirəcəklər. Arı ailələrinin yaşam tərzi insanların yaşam tərzinə oxşarlığı ilə seçilir. Arıçılıq sahəsini sevmək,onlarla xoş rəftar etmək, təmiz və pak olmaq, incə davranış və sevgi ilə yanaşmaq bu sahənin ən əsas şərtlərindəndir. Odur ki, qadınların bu sahəyə cəlb olunması ilə daha müsbət nəticələrin əldə ediləcəyi düşünülür. Arıçılığa böyük maraq göstərən qadınlar da bu təşəbbüsü dəstəkləyir. Layihənin məqsədi qadınların məşğulluğunu təmin etmək və arıçılıq sahəsini inkişaf etdirməkdir. Artıq Azərbaycan Arıçılar Assosiasiyasının Qadınlardan ibarət qolunun yaradılması istiqamətində ilk addımlar atılıb. Yaxın gələcəkdə isə 18 yaşdan 28 yaşadək olan gənc arıçılar assosiasiyasının yaradılması nəzərdə tutulur.