Qaxa güclü ildırım düşdü...

24 2018 13:38

Qaxda ağacı ildırım vurub. Hadisə rayonunun Ləkit kəndində baş verib. Rayonda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində güclü ildırım çaxıb. Kənd qəbristanlığındakı Göyrüş ağaclarından birini ildırım yandırıb. İldırım o qədər güclü olub ki, ağacın budaqları yaxınlıqdakı evlərin həyətinə atılıb. Qəbristanlığın kənarındakı daş hasar, yaxınlıqdakı qəbir daşı zədələnib. Elektrik avadanlıqları və telefon xətti sıradan çıxıb.