Bu gün Şəkidə Aqrolizing ASC-nin rəsmiləri fermerlərlə görüşüb...

22 2018 16:12

Tədbirin əsas məqsədi regionda olan istifadəçiləri, fermerləri, fiziki və hüquqi şəxsləri Aqrolizinq ASC-nin fəaliyyəti ilə tanış etmək, tətbiq olunan yeniliklər barədə məlumat verməkdir. Sayca 4-cü olan tədbirə fermerlər tərəfindən maraq böyük olub. Regionun əksər fermerləri tədbirə qatılıb. Çıxış edənlər son illər texnikaların lizinqlə alınması məsələsində güzəştli şərtlərin tətbiqinə diqqət çəkib. Elektron xidmətlər nəticəsində ödəmələrin asanlaşdığı vurğulanıb. Region üzrə fermerlərə güzəştli şərtlərlə 2199 texnika verildiyi və bunun 39 milyon 210 min 819 manat təşkil etdiyi qeyd edilib. Diskussiya şəklində davam edən tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb, onları narahat edən məsələlər qeydə alınıb. Həmçinin regionda fəaliyyət göstərən 40 fermerlə yeni güzəştli müqavilələr bağlanıb. Aqrolizinq tərəfindən fermerlərin texnika tələbatı da nəzərə alınıb. Qeydiyyata alınmış müraciətlərə qısa zamanda baxılacağı və həll ediləcəyi bildirlib.