Qışda süfrələrin vazkeçilməzi olan turşular...

22 2018 15:21
Yeməklərin yanında əksəriyyətin xoşladığı turşulardan danışacağıq. Digər qış tədarükləri kimi turşuların da hazırlanma prosesi artıq yekunlaşmaq üzrədir. Zəhərlənmə ehtimalları olduğuna görə turşuları hazırlayarkən bəzi nüanslara xüsusilə diqqət yetirmək vacibdir. Əməkdaşlarımız həmin nüansları İsmayıllıda təcrübəli xanımlardan soruşublar... turşunu hazır alanlar və yeməyi xoşlayanların da diqqət yetirməli olduğu məqamlar var...
Qışda süfrələrin vazkeçilməzi olan turşuların hazırlanması üçün artıq son günlərdir. Pomidor, xiyar, badımcan və digər tərəvəzlərdən əsasən avqust-sentyabr aylarında turşu hazırlanır. Bəs, ləziz dadı qədər, həm də təhlükəsi olan turşuları hazırlamaq və saxlamaq üçün hansı nüanslara diqqət edilməlidir? Digər tərəfdən, kimyəvi və zəhərləməyə yol açan vasitələri də təbii üsullarla əvəz etmək mümkündür. Bir sözlə, süfrəmizdə turşuların və digər konserv məhsullarının öz yeri var. Amma ağzımızı dadlandıraq deyərkən gərək canımızdan da olmayaq.